"İlham Əliyev ... Türk dünyasının təşəkkülündən söz açır”

İran mediası: “Buyurun: İlham Əliyev indi rəsmən açıq danışmağa başlayıb və böyük Türk dünyasının təşəkkülündən söz açır”

İranın anti-Azərbaycan mövqeyi ilə seçilən “Bultan News” saytı xəbər verir ki, Azərbaycan Respublikasının rəsmi adını qərəzli şəkildə “Bakı” adlandıran iranlı ekspert Vəhid Bəhmən yazıb: “Tam iki ildir deyirdik ki, Türkiyə və Bakı Ermənistanın cənubunu işğal edərək, İran sərhədlərini kəsməklə “bədnam” Böyük Turan planını həyata keçirməyə hazırlaşırlar. Lakin hər dəfə bizə “bədbinsiniz” dedilər.

“Buyurun, İlham Əliyev indi rəsmən açıq danışmağa başlayıb və türkçülük ideologiyasını yeritməklə böyük Türk dünyasının yaradılmasından söz açır”,-deyə o iddia edib.

https://bit.ly/3Tn96H6