"Azəriqaz" İB-nın boru korrupsiyası
Bu məlumatın yoxlanılmasına, araşdırılmasına və dəqiqləşdirilməsinə ciddi ehtiyac duyulur. Əgər verilən məlumat düzdürsə, bu artıq korrupsiyadır.
Adının açıqlanmasıni istəməyən vətəndaşın məlumatına görə, Muğanlı-İsmyıllı-Qəbələ asfalt yolunun genişlənməsi məqsədi ilə gedən işlərdə qaz xətlərinin yerinin dəyşilməsi üçün texniki şərt hazırlanıb. Texniki şərtə əsasən yerüstü gedən D-219 mm və D-159 mm qaz xətlərinin yeraltı aparılması üçün layihə də təsdiqlənib. Layihə-smeta sənədlərinə əsasən, yerin altı ilə aparılacaq qaz xətti polietilen borulardan ibarət olmalı idi. Lakin "Azəriqaz" İB Ağsu RQİİ-nin rəhbərliyi (rəis Osman Beybudov, Baş mühəndis Zaur Məmmədov və İsmayıllı Xidmət sahəsi üzrə rəis müavini Qurban Mehdiyev) "Azəravtoyol" Dövlət Agentliyinin işlərini yerinə yetirən "YEVROHOM" şirkətinin nümayəndəsi Elman adlı şəxslə “müəyyən razılaşma” əsasında müvafiq sənəd olmadan, qaz xətlərini yeraltı (layihə smeta sənədlərinə uyğun) deyil, yerüstü çəkiblər. Üstəlik, bu qaz xəttinin çəklişində rənglənmiş köhnə borulardan istifadə olunmuşdur.
Məlumatda bildirilir ki, Girdman çay üzərindən keçən qaz xətlərinin yerini dəyişdirən zamanı, İsmayıllı rayonu Qurbanəfəndi kəndində Göyçay çayı üzərindən keçən və İsmayıllı rayonu Qalacq kəndinə gedən D-159 mm orta təyziqli boru, 1200 metir, D-219 mm orta təyziqli 720 metr boru, Girdimançayının İsmayılnı ərazisindəki hissəsinin üzərindən keçən D-159 mm orta təziqli 600 metr boruların doğranıb satıldığı da qeyd olunub.