Neft Emalı Zavodunda zəhərlənmə

Bu gün səhər saatlarında Bakı Neft Emalı Zavodunda kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat yayılıb.

Zəhərlənmə Bakı Neft Emalı Zavodunun nəzdində fəaliyyət göstərən 5 nömrəli istehsalatın 54 nömrəli qurğusunda qaz sızmasından baş verib. Hadisə nəticəsində "İlk İnşaat"ın 4 əməkdaşı zəhərlənib. Onlar xəstəxanaya çatdırılıb. Digər işçilər isə ərazidən təxliyə ediliblər.

İddia ilə bağlı “Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı”nın sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı ilə əlaqə saxladıq. M.Qəhrəmanlı ona verilən məlumatlar əsasında faktı təsdiq edib və hadisənin detalları barədə dəqiqləşdirmələr apardığını bildirib:

“İlkin versiyaya görə, hadisə Bakı Neft Emalı zavodunun nəzdində fəaliyyət göstərən sexlərdən birində baş verib. Ehtimal ki, neft emalı zamanı kanalizasiyaya buraxılan atqılarda zərərli maddənin miqdarı normadan çox olub. Yenə ilkin məlumata görə, ərazidə bu işi görən podratçı şirkətin 3 əməkdaşı zəhərlənib. Onlar xəstəxanaya çatdırılıb və həyatlarına təhlükə yoxdur. Bəzi iddialara görə, zavodun öz işçiləri arasında da zəhərlənənlər var. Amma bu təsdiqini tapmamış məlumatdır. Dəqiqləşdirmələr aparırıq”.

 

 

0.04939079284668