AMB sığorta bazarının üç iştirakçısına icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Xalq Sığorta” ASC, “Şirvan Sığorta və Təkrarsığorta Brokeri” və “Azərbaycan İnşurans Brokinq” MMC-lərə icrası məcburi göstəriş verib.

Lim10.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun həyata keçirdiyi yoxlamalar çərçivəsində şirkətlərin sığorta qanunvericiliyinin tələblərini təmin etmədiyi məlum olub. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinə əsasən onlara icrası məcburi göstəriş verilib.