"Bolt" və "Uber" də inhisara alınır
Elə düşünürdüm ki, Paşa Holdinqin şirkəti Ukrayna şirkəti ilə müqavilə imzalayandan sonra "Bolt"un və "Uber"in üzərinə sosial şəbəkələrdəki trollar və yandaş media vasitəsilə gedəcəklər. Amma bu dəfə trolluq etmək birbaşa nazırın özünə tapşırıldı.
Xatırladım ki, təkcə "Bolt" üçün işləyən, daha doğrusu qul əməyi qarşılığında ailəsinə çörək pulu qazanmağa çalışan 15-17 min sürücü var. Bu, ailə üzvləri ilə birlikdə təxminən 50-55 min onsuz da yarıac insan deməkdir.
Azərbaycanda zəbt, qəsb, işğal olunmamış, monopoliyaya alınmamış ayrı nə qaldı? Yəqin ki, küçə dilənçiliyi, ictimai ayaqyolular və bir də... Onu tapa bilmədim, bilirsinizsə siz kömək edin.
Ərəstun Oruclu