İspaniyalı arxeoloqlar Barselonada qazıntılar zamanı orta əsrlərə aid böyük gəminin qalıqlarını tapıblar. Aşkar edilmiş qayıq 15-16-cı əsrlərdə batıb.
Lim10.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.
Məlumata görə, uzunluğu on, eni üç metr olan gəmi dəniz səviyyəsindən beş metr aşağıda mühafizə olunub. Alimlərin fikrincə, gəminin dizaynı Aralıq dənizi və Avropanın orta əsr qayıqları üçün xarakterikdir.
Bərpaçı Delia Egilus bildirib ki, əlavə araşdırma üçün gəmi hissə-hissə sökülməlidir. Ətraflı təhlildən sonra o, xüsusi otağa aparılacaq.
Mütəxəssislər gəminin dəqiq harada tikildiyini müəyyən etmək üçün ağacın və qatranın tərkibini də öyrənməyi planlaşdırırlar.(axar.az)