Paşa Holdinq işçiləri kütləvi surətdə işdən qovur
Sosial şəbəkələrdə bir müəssisədə çalışan İşçilərin, əmək müqaviləsinin kütləvi surətdə ləğv edilməsi ilə əlaqədar olan etirazların video-kadırleri yayılıb.i
Bz bu barədə dəfələrlə yazmışıq və işçiləri məlumatlandırmağa çalışmışıq. Buna görə bizə, hətta, irad tutanlar da çox olub ki, bizdə qanun yoxdur, onsuz da heç bir xeyri yoxdur, əmək hüquqlarını müdafiə etmək mənasızdır və sair. Baxmayaraq ki, qanuni yollarla əmək hüquqlarını bərpa edən işçilərimiz də çoxdur.
Bu gün də bu etiraz və çıxışlara baxarkən bir daha əmin olduq ki, bizdə, hətta, müəyyən yaşa çatmış, təcrübəsi və savadı olan işçilərin belə əmək hüququ sahəsində sadə qanunlardan belə xəbərləri yoxdur. Belə vəziyyətlərə düşənə qədər əmək hüquqlarına biganə yanaşır və bu hüquq onlar üçün maraqsız olur. Belə ki, etiraz edən işçilərin əksəriyyəti əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olmaları ilə əlaqədar kompensasiya tələb edir. İşəgötürən tərəfindən təzyiqlərlə məcburi ərizə yazdırılmaqla qanunsuz olaraq işdən azad olunduqlarını bildirirlər.
Əlbəttə, idarə, müəssisə və təşkilatlarda işçiyə məcburi ərizə yazdırmaqla əmək müqaviləsinin ləğv edilməsi hallarına çox rast gəlinir. Lakin, əmək hüququ sahəsində elə sadə qanunlar var ki, hər bir işçinin onu bilməsi vacibdir. Belə ki, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olunan işçilərə Əmək Məcəlləsində hər hansı bir kompensasiyanın ödənilməsi nəzərdə tutulmur. Bu yalnız Əmək və ya Kollektiv müqavilədə nəzərdə tutulduğu halda və ya işəgötürənin könüllü təşəbbüsü və iradəsi əsasında həyata keçirilə bilər. Ərizə yazmaq isə yalnız işçinin könüllü istəyi və iradəsi əsasında həyata keçirilir. Bu hüquq yalnız işçiyə məxsusdur, heç bir işəgötürənin bunu tələb etmək hüququ yoxdur. Əmək Məcəlləsinə əsasən isə, işçi bu barədə ərizə yazdıqdan sonra usə işəgötürən bu Məcəllədə nəzərdə tutulmuş qaydada əmək müqaviləsini ləğv etməyə borcludur. Nə qədər də təzyiq etsələr, istəmədiyi halda işçilər belə bir ərizə yazmamalıdırlar. Yazdığınız halda isə, hüquq bitmiş olur. Bunun mübahisələndirilməsi qanuni yollarla çox çətin və ya mümkünsüzdür. Əmək Məcəlləsində bu işçinin hüququ və iradəsi əsasında həyata keçirilən hüuqi prosidur kimi nəzərdə tutur.
Düzdür, AR Əmək Məcəlləsində belə bir hüquq norması var ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğvvinə onu məcbur etmək qadağandır. Lakin mübahisə yaransa, heç bir işəgötürən və ya onun nümayəndəsi işçiyə məcburi ərizə yazdırdığını etiraf etməyəcək, qanunvericiliyə əsasən isə məcburi ərizə yazdırmaqla əmək müqaviləsinin ləğv edilməsini sübut etmək vəzifəsi bu halda işçinin üzərinə düşür.
Bu qanunları hər bir işçinin bilməsi vacibdir. Əgər müddətli əmək müqaviləsi bağlamısansa, fərqi yoxdur hansı səbəbdən, müddət qurtardıqda sən və ya işəgötürən heç bir hüquqi problem olmadan əmək müqaviləsini ləğv edə bilərsiniz, hər hansı bir pul və ya kompensasiya ödənmədən. Lakin bu halda siz ən azı 3 ay-350 manat məbləğində işsizlik sığortası pulu ala bilərsiniz. Əgər müqaviləniz müddətsizdirsə, bu halda ən pis halda, sizi ən çoxu 63 gün xəbərdarlıq müddəti pulu, eyni zamanda 2 aylıq kompensasiya ödəməklə işdən azad edə bilərlər. Bu halda sizin məhkəmə qaydasında qanunsuz əmri ləğv etdirməklə işə bərpa olmaq və 9 aya qədər işsizlik sığortası almaq hüququnuz da olacaq. Lakin, ərizə yazmaqla işdən azad olduğunuz halda bu ödəniş, müavinət və sığorta pulundan, həm də məhkəmə qaydasında işə bərpa olunmaq hüququnu demək olar ki, itirmiş olursunuz.
Azər Quliyev.