Ağ Evdən Moskvaya çağırış: Dərhal dayandırın!

Amerika Birləşmiş Ştatları Rusiya Federasiyasını Ukraynaya qarşı müharibəni dərhal dayandırmağa çağırır.

Lim10.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio belə bir çağırışla Rusiya XİN başçısı Sergey Lavrovla arasında baş tutan telefon danışığı zamanı çıxış edib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Tammi Bryusun sözlərinə görə, aprelin 28-də Rusiya xarici işlər naziri Sergey Lavrovun xahişi ilə Amerikanın dövlət katibi Marko Rubio ilə telefon danışığı olub.

Onun sözlərinə görə, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfərindən sonra dövlət katibi Marko Rubio sülh danışıqlarında aşağıdakı addımları və müharibəni dərhal dayandırmağın zəruriliyini qeyd edib:
"ABŞ bu mənasız müharibənin sona çatmasına kömək etmək üçün ciddi öhdəlik götürür".

Mürtəza
Lim10.az