Azərbaycan İrana uçuşların dayandırıldığını təkzib edib



İLNA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıdan Tehrana uçuşların təxirə salınması ilə bağlı yayılan bəzi xəbərləri təkzib edib.

Məlumata görə, sözügedən hava limanının rəsmiləri İrana uçuşların adi qaydada həyata keçirildiyini bildiriblər.

Qeyd edək ki, bundan öncə bəzi İran KİV-ləri Azərbaycandan İrana uçuşların ləğv olunduğunu iddia etmişdilər.