İsrail Hava Qüvvələri hazır vəziyyətə gətirildi - Suriya VURULACAQ!

İsrail Hava Qüvvələri yeni Suriya hakimiyyətinin obyektlərinə kütləvi zərbələr endirməyə hazırlaşır.

Lim10.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən məlumat verilib.

"Vəziyyət qiymətləndirildikdən sonra, Baş Qərargah rəisi Eyəl Zamir İsrail Müdafiə Ordusuna, əgər Druzi icmalarına qarşı zorakılıq davam edərsə, Suriya rejiminə məxsus hədəflərə zərbələr endirməyə hazırlaşmağı tapşırıb", - deyə açıqlamada bildirilib.

Hərbi qurumlar əlavə ediblər ki, çərşənbə günü İsrail Hava Qüvvələri Dəməşqin kənarında dinc sakinlərə, xüsusən druzi əhaliyə hücum edən silahlı qruplara zərbələr endirib.

"İsrail ordusu regiondakı hadisələrin inkişafını izləyir, İsrail qüvvələri isə Suriya sərhədində müdafiə üçün hazır vəziyyətdədir", - deyə ordu nümayəndələri bildirib.