Keniyada deputat Çarlz Onqondo Nayrobidə güllələnib.
Lim10.az xəbər verir ki, bu barədə "Citizen" telekanalı məlumat yayıb.
Bildirilib ki, insident paytaxtın yolayrıclarından birində baş verib. Şahidlər iki hücumçunun motosikletdə olduğunu iddia edir. Onlardan biri avtomobilə yaxın məsafədən atəş açıb, bundan sonra hər iki hücumçu hadisə yerindən qaçıb.
Atışmanı yaxınlıqda olan yol polisi əməkdaşları görsələr də, deputatın öldüyü, sürücüsünün isə sağ qaldığı bildirilib.
Həmidə İbrahimova