4 küçənin sakinlərinə şad xəbər: binalar tam təmir olunacaq

Mingəçevirin 4 küçəsində yaşayış binaları təmir olunacaq.

Lim10.az -ın əldə etdiyi məlumata görə, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi bununla bağlı olaraq 994.505 AZN ayırmağı nəzərdə tutub.

Belə ki, şəhərin Mənzil Fondunun əsaslı təmir işlərinin görülməsi planlaşdırılıb.

Məlumata görə, təmir işləri Nizami küçəsi, Təbriz küçəsi, A.Məmmədov küçəsi, Ş.İ.Xətai küçəsində yerləşən yaşayış binalarından aparılacaq.