Suriyada vətəndaş müharibəsi bitdikdən sonra ölkəsinə qayıdan suriyalıların sayı açıqlanıb.
Lim10.az NTV-yə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
2024-cü il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 1,4 milyondan çox suriyalının öz evlərinə qayıtdığı bildirilib.
Həmçinin qeyd edilib ki, suriyalıların sığınacaq, sağlamlıq, təhsil və dolanışıq kimi bir çox sahədə dəstəyə ehtiyacı var. Təşkilat suriyalı ailələrin həyatlarını yenidən başlatmasına kömək etmək üçün dəstək çağırışı edib.
Billurə Yunus