Zlatan İbrahimoviç karyerasını bitirdiyini açıqlayıb
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç karyerasını başa vurduğunu açıqlayıb. O, bu sözləri "Milan" klubunun San Siro stadionunda 3:1 hesabı ilə qalib gəldiyi "Verona" ilə matçdan sonra deyib.
“Futbolla vidalaşıram, amma səninlə yox. Bu stadionda çoxlu xatirələr və duyğular var ", - deyə "Guardian" hücumçudan sitat gətirir.
“Verona” ilə matçda “Milan” azarkeşləri podiuma “Əlvida Allah” kimi tərcümə oluna bilən “Godbye” yazısını yerləşdiriblər.
41 yaşlı İbrahimoviçin "Milan"la müqaviləsi iyunda başa çatır. Hücumçu zədə səbəbindən 2022/23 mövsümünün çox hissəsini buraxıb. O, bu mövsüm İtaliya çempionatında dörd oyun keçirib və bir qol vurub.
Karyerasına İsveçin “Malmö” klubunda başlayan İbrahimoviç daha sonra “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted”, “Los Anceles Qalaksi” klublarında çıxış edib. 2020-ci ildə Milana qayıtdı. bu klublarla 2 dəfə Hollandiya çempionluğunu, 7 dəfə İtaliya çempionluğunu, 4 dəfə Fransa çempionluğunu, 1 dəfə İspaniya çempionluğunu qazanıb.
O, həmçinin İsveç millisində 122 oyun keçirib, 62 qol vurub.