ABŞ bu ilin yayında elektrik enerjisinin verilişində uzun fasilələrlə üzləşə bilər.
Lim10.az xəbər verir ki, bunu ABŞ-nin daxili işlər naziri, enerji dominantlığı üzrə Milli Şuranın rəhbəri Duqlas Burqum deyib.
"ABŞ Prezidenti Donald Tramp elə ilk gün enerji sektorunda fövqəladə vəziyyət elan edib. ABŞ-də elektrik enerjisi istehsalı böyük problemlərlə üzləşib. Biz İspaniyada baş verənləri gördük. Həmin problem bu yay bizdə baş verə bilər, çünki keçmiş prezident Cozef Baydenin administrasiyası enerji sistemimiz üçün təhlükə yaradıb", - Burqum söyləyib.
Bundan əvvəl aprelin 28-də İspaniyada elektrik enerjisinin verilişində kütləvi fasilələr qeydə alınıb. Bu, ölkə tarixində ən böyük fasilədir.