ABŞ-nin "General Motors" avtomobil konserni V8 mühərriklərinin nasazlığı ehtimalı səbəbindən 721 min yeni avtomobili bazarlardan geri çağıracaq.
Lim10.az xəbər verir ki, söhbət 2021-2024-ci illər istehsalı olan "Cadillac Escalade" və "Escalade ESV", "Chevrolet Silverado 1500", "Suburban" və "Tahoe", "GMC Sierra 1500", "Yukon" və "Yukon XL" modellərindən gedir.
"General Motors"un ABŞ dilerləri iyun ayında sözügedən avtomobillərin sahibləri ilə əlaqə saxlamağa başlayacaqlar.
Qüsur aşkar edilərsə, mühərrik təmir edilməli və ya dəyişdirilməlidir.(oxu.az)