Kollektiv əmək müqaviləsi nədir və nəyə lazımdır?
Azərbaycan Respublikasının Əmək Məcəlləsində Kollektiv müqavilə ilə əlaqədar bir çox maddi hüquq normaları olsa da, kollektiv müqavilənin praktikada tətbiqi ilə əlaqədar xeyli problemlər var.
Əvvəla ona aydınlıq gətirək ki, kollektiv müqavilə nədir?
— Kollektiv əmək müqaviləsi işəgötürənlə, əmək kollektivinin və ya kollektivi təmsil edən həmkarlar ittifaqları arasında yazılı formada bağlanan, əmək, sosial, iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.
Kollektiv müqavilə bir qayda olaraq işçilərin maraqlarını müdafiə edir. İlkin görünüşdə kollektiv müqavilə yalnız işçilərin mənafelırini təmin edən sənəd təsiri bağışlayır. Əslində bu həm də işəgötürənlərin maraqlarını müdafiə edən razılaşma da ola bilər - bu razılaşmalarda işəgötürən də öz maraqlarına uyğun şərtlər irəli sürə bilər.
Həm işəgötürənlırin, həm də işçilərin maraqlarına uyğun olsada praktikada bu gün Kollektiv müqavilələr çox az sayda bağlanılır və ya formal olaraq bağlanılır. Yəni, əmək, sosial, iqtisadi, məişət və digər münasibətləri tənzimləyən razılaşmalar öz əksini tapmlr.
Kollektiv müqavilə bağlandıqda isə bu müqaviləyə bir çox hallarda Əmək Məcəlləsində olan maddi hüquq normaları köçürülür.
Kollektiv müqavilədə olan razılaşmalar işçilər üçün yalnız Əmək Məcəlləsində nəzərdə tutulan güzəşt və təminatlarlardan yuxarı səviyyədə ola bilər, aşağı səviyyədə ola bilməz.
Kollektiv müqavilə tərəflərin hüquq bərabərliyi əsasında bağlanıla bilər.
Kollektiv müqavilədə hər iki tərəfin marağını təmin edən və əmək münasibətlərində vacib olan aşağıdakı sahələr barədə razılığa gəlmək olar: əmək haqqı, əməyin ödənilməsi qaydaları və miqdarı, pul mükafatlarının, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqı miqdarının tənzimlənməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqda şərtlər; işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi; qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi, əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması və onun fəaliyyət qaydası, işçilərin tibbi və sosial sığortasının üstün əlavə şərtlərinin müəyyən edilməsi və sair.
Azər Quliyev,