ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxın günlərdə görüşəcəyini bəyan edib.
Lim10.az xəbər verir ki, bu barədə Tramp yerli mediaya açıqlamasında deyib.
O, may ayının ortalarında Səudiyyə Ərəbistanına səfəri zamanı Putinlə görüşəcəyini istisna etməyib.
Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı rusiyalı həmkarı ilə görüşmək niyyətində olub-olmadığı barədə sualı cavablandıraraq deyib: “Bilmirəm, biz bu barədə düşünməliyik, amma mən bu barədə düşünməmişəm. Biz tezliklə Səudiyyə Ərəbistanına gedəcəyik”, - Tramp cavab verib.
Mürtəza
Lim10.az