Pakistan Hindistana cavab zərbələri endirib, hədəflər vurulub

Pakistan üç şəhərinə endirilən raket zərbələrinə cavab olaraq Hindistandakı hədəfləri vurub.

Lim10.az ” xəbər verir ki, bu barədə “Samaa TV” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qərar Hindistanın mülki şəxslərə hücumu səbəbindən qəbul edilib.

Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb.(Report)