ABŞ-da 2021-ci ildə törədilən qətldə güllələnərək öldürülən onu öldürən qatilin işinə baxılan zaman məhkəməyə müraciət edib.
Lim10.az “The Guardian”a istinadla xəbər verir ki, bu, süni intellektin köməyi ilə baş tutub.
Belə ki, 4 il əvvəl ölən Kris Pelkinin bacısı Stasi Uels yerli mətbuata açıqlamasında deyib ki, qardaşının özünün bu hadisə barədə nə deyəcəyini bilmək ona maraqlı olardı.
Bundan sonra Uels və həyat yoldaşı Kris Pelkinin videolarını və səsyazılarını süni intellekt modelinə yükləyiblər. Hakim Todd Lanq da süni intellektin bu şəkildə istifadəsinə müsbət cavab verib.
Pelki Arizonadakı dinləmədə süni intellektlə hazırladığı videoda bunları deyib:
"Məni güllələyən Qabriel Horkasitasa səslənirəm: o gün elə şəraitdə qarışlaşmış olmağımıza təəssüflənirəm. Yəqin ki, başqa bir həyatda, dost ola bilərdik. Mən bağışlamağa və bağışlayan tanrıya inanıram. Həmişə inanmışam, indi də inanıram", - o deyib.
Hökm iclasında Lanq müttəhimin qətlə görə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Hakim süni intellekt təcrübəsindən istifadəni bəyəndiyini deyib.
Mərhumun bacısı isə süni intellekti nəzərdə tutaraq “bu mənim tanıdığım adam idi” sözlərini söyləyib.
Qeyd edək ki, 2021-ci ildə K.Pelki qırmızı işıqda dava zamanı avtomobilindən düşərək Horikasitasın üzərinə yeriyib. O, da silahı ilə Pelkini vuraraq öldürüb.
Billurə Yunus