Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Lim10.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,33 ABŞ dolları və ya 2,1% artaraq 64,58 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 63,25 ABŞ dolları təşkil edib.