"Macarıstan Ukraynanın Budapeştdəki səfirliyində işləyən iki ukraynalı casusu ölkədən çıxarır".
Lim10.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "Facebook" sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib.
"Bu gün biz Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki casusu Macarıstandan çıxartdıq", - deyə nazir bildirib.
Qeyd edək ki, mayın 9-da Ukrayna Təhlükəsizlik Xidməti Macarıstan ordusunda xidmət etmiş iki casusun - bir kişi və bir qadının saxlanılması barədə məlumat yayıb.