1972-ci ildə Veneraya buraxılan "Kosmos-482" planetlərarası stansiya Hind okeanına, Cakartanın qərb sahilinə düşüb.
Lim10.az xəbər verir ki, bu barədə “Roskosmos” özünün “Telegram” kanalında məlumat yayıb.
Təxminən 500 kiloqram ağırlığında olan cihaz Moskva vaxtı ilə saat 9:34-də atmosferin sıx təbəqələrinə daxil olub. “Kosmos-482”nin orbitdən enməsi yerə yaxın kosmosda təhlükəli vəziyyətlərə dair Avtomatlaşdırılmış Xəbərdarlıq Sistemi tərəfindən izlənilib.
Xatırladaq ki, mütəxəssislər bundan əvvəl xəbərdarlıq etmişdilər ki, gücləndirici qurğuda nasazlıq yarandığı üçün aparat Yerin yüksək elliptik orbitində qalıb və idarəolunmaz hala düşüb. Onlar “Kosmos-482”nin orbitinin parametrlərinə əsasən onun Misir, Suriya, Türkiyə və ya Azərbaycanda düşə biləcəyini ehtimal edirdilər.