Gənc İtaliya şirkəti "Automobili Mignatta" debüt modeli - "Rina" spidsterini təqdim edib.
Lim10.az xəbər verir ki, 1960-cı illərin idman avtomobilləri üslubunda hazırlanan yeni model 260 min avrodan başlayan qiymətə malikdir.
İl ərzində əl ilə hazırlanmış 30-dan çox nüsxənin istehsal edilməsi planlaşdırılır.
Şirkətin qurucusu Hose Minyattanın nənəsi Katerinanın şərəfinə adlandırılan spidster uzun kapot və klassik konturlara malikdir. Onun əsasını karbon material təşkil edir.
Kapotun altında "Italtecnica Engineering" şirkəti tərəfindən tənzimlənmiş beş litrlik atmosfer V8 quraşdırılıb. Texniki xüsusiyyətlər hələ açıqlanmayıb. Dəri və karbon lifi ilə üzlənmiş salon da retro üslubunda hazırlanıb - burada yalnız analoq cihazlar, açar və düymələr var.(oxu.az)