İrəvanda güclü külək səbəbindən iki sərnişin təyyarəsi Zvartnots beynəlxalq hava limanına enə bilmir.
Lim10.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Flightradar”ın məlumatında deyilir.
Belə ki, Şarjadan havaya qalxan “Air Arabia” şirkətinə məxsus “Airbus A320” təyyarəsi Ermənistan səmasında dövr edir.
Moskva-İrəvan reysini yerinə yetirən “Şirak Avia” aviaşirkətinin “Boinq 737” təyyarəsi də İrəvan hava limanına enə bilmir.