Afrikada terrorçulara zərbə endirildi

ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRİKOM) və Somali hökumətin ordusu federativ respublikanın şərqindəki Puntlend rayonunda İŞİD obyektlərinə zərbələr endiriblər.

Lim10.az xəbər verir ki, Bari bölgəsində Bosaso şəhərindən 70 km məsafədə hərbçilər dronlardan istifadə ediblər, bundan sonra xüsusi təyinatlıların reydləri başlayıb.

“[AFRİKOM ilə] birgə əməliyyatlar Somalinin və onun beynəlxalq tərəfdaşlarının terror təhdidini aradan qaldırmaq və sabitliyi bərpa etmək əzmini vurğulayır”, – məlumatda deyilib.

Xatırladaq ki, fevralın 2-də Ağ ev rəhbəri Donald Tramp Somalidə İŞİD terror təşkilatının liderlərindən birinə dəqiq zərbə endirmək üçün Amerika hərbçilərinə əmr verdiyini bildirmişdi.

Daha əvvəl Somalidə ABŞ Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində onlarla İŞİD terrorçusu zərərsizləşdirilib.(Report)