Avropa İttifaqı (Aİ) çox vaxt ABŞ-la Çindən daha pis davranır.
Lim10.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ölkəsinin Aİ ilə ticarət əlaqələrini şərh edərkən deyib.
Eyni zamanda o, Aİ-dən ticarətlə bağlı əhəmiyyətli güzəştlər alacağına söz verib. "Biz onlarla yeni başlayırıq. Onlar ABŞ-dan idxala maneələri əhəmiyyətli dərəcədə azaldacaqlar. Görəcəksiniz. Biz bütün kartları saxlayırıq. Onlar bizimlə çox ədalətsiz davrandılar", - deyə Tramp bildirib.