“Bakcell" müştərilərini yeni üsullarla aldadır
"Bakcell" operatoru müştərilərini aldatmağın yeni metodunu icad edib. Müştərilərini aldadan "Bakcell" operatorundan internet istifadəçilərini aldadaraq aylıq paketin götrülmə tarixindən 15 gün keçmədən abonentə internet trafiqinin müddətinin bitdiyi ilə bağlı sms daxil olur. Yaxud da sms gəlir ki, internet paketiniz 20% qaldı, balansı yoxlayanda 50-60% internet paketinin hələ qaldığı bəlli olur. Bu sms-i ala hər kəs dərhal balansı yoxlamır, sms-i alan kimi çoxları paketi yeniləmək barədə qərar qəbul edir. Yeni paket yüklənən kimi isə bir gün ərzində köhnə paketdən qalan qalıq trafik dərhal "əriyir".
"Bakcell" operatoru bundan əlavə olaraq, müştərinin balansından xəbərsiz şəkildə gizli yollarla balansı boşaltmaqdadır, deyə müştəri bildirir.
"Bakcell" operatorundan istifadə edən abuneçi narazılığını bildirib. Belə ki, 055*999515 nömrə istifadəçisi onun abunəçi balansından oğurlanan məbləğin qaytarılacağını bildirən sms almasına baxmayaraq bu günə qədər pulunun balansına qaytarılmadığını bildirib. "Bakcell" müştəriləri pulların geri qaytarılmasında da yeni fırıldaqların olduğunu deyir. SMS-də balansınıza 15 manat qaytarıldı deyə yazılmasına baxmayaraq, "Bakcell" operatoru bu sms-lə insanlarla məzələnməyə daha çox üstünlük verirlər – deyə vətəndaş qeyd edir: "Baxırsan ki, balansına heç bir məbləğ daxil olmayıb.
Məsələ ilə bağlı araşdırmamız davam edir.