Əmək müqaviləsinə xitam verilməsində həmkarların rolu
Həmkarlar ittifaqı təşkilatları İşəgötürən tərəfindən verilmiş təqdimata cavab olaraq, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verməzsə, bu halda işçinin əmək müqaviləsinə xitam verilə bilərmi? Bu əmək münasibəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsi ilə aşağıdakı kimi tənzimlənir:
1. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Hesab edirəm ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsində bu əmək münasibətlərini tənzimləyən aşağıdakı hallar nəzərə alınmamışdır. Belə ki:
4. Həmkarlar ittifaqı təşkilatları: İşəgötürən tərəfindən verilmiş Təqdimata cavab olaraq, İşçi ilə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsinə razılıq verməzsə, bu halda İşçinin Əmək müqaviləsi ləğv edilə bilərmi?
5. Hesab edirik ki, bu maddədə birbaşa olaraq göstərilməlidir ki, əgər Həmkarlar Təşkilatları: İşəgötürən tərəfindən verilmiş Təqdimata cavab olaraq, İşçi ilə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsinə razılıq verməzsə, bu halda İşçinin Əmək müqaviləsi ləğv edilə bilməz.
6. Həmkarlar ittifaqı təşkilatlarının Təqdimatı ilə razı olmayan İşəgötürən bu hallarda hansı hüquqi addımlar ata bilər?
7. Həmkarlar ittifaqı təşkilatlarının Təqdimatı ilə razı olmayan İşəgötürən, bu halda həmin qərardan məhkəməyə şikayət edə və onun ləğv edilməsi üçün məhkəmə qaydasında iddia qaldıra bilərmi?
8. Bu barədə İşəgötürən tərəfindən verilmiş Təqdimata baxarkən, həmin İşçinin bu barədə Həmkarlar təşkilatına yazılı İzahat verməsi və ya alınması hüququnun olması.
9. Bu barədə İşəgötürən tərəfindən verilmiş Təqdimata baxarkən, həmin işçinin Həmkarlar Təşkilatının iclasında iştirak etmək və etiraz etmək hüququnun olması.
Azər Quliyev.