Həcc ziyarətində olan hər kəsə qurban kəsilmək vacibdir


Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli açıqlamasında Həcc ziyarətində olan şəxslərə "İsmayıl qurbanı"nın kəsilməsinin vacib olduğunu bildirib:
 
"Bildiyimiz kimi "Qurban" sözü Allaha yaxınlaşmaq mənasındadır. Bütün işlərdə Allaha yaxınlaşmaq məqsədi var və əməllər niyyətə bağlıdır. "İsmayıl qurbanı"nın kəsilməsi Məkkədə vacibdir. Həccə gedən insanlar həcc əməllərini bitirəndən sonra ən son əməl olaraq onlar qurban kəsməlidir.
 
Bölgələrdə isə qurban kəsməyin savabı var, və bu əməl müstəhəbdir(bəyəniləndir). Onu da qeyd edim ki, varlı, heç kəsə möhtac olmayan insanlar qurban kəsə bilər".
 
Bəs qurban payı necə bölüşdürülməlidir?
 
Qurban payı 3 hissədən ibarət olmalıdır. Birinci hissə qurban kəsənin özünə, ikinci qonşulara, ehtiyacı olan ailələrə, üçüncü pay isə bacı və qardaşlarına paylanmalıdır. Qurban kəsilən heyvan isə sağlam olmalıdır. Hər kəs ki, bu əməli edərsə Allah qatında böyük savaba nail olar".