Vətən müharibəsi qazilərinə dəstək layihəsi başa çatıb
Vətən müharibəsi qazilərinin sosia vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş layihənin yekun yiğıncağı kecirildi.
Layihə AİİB-in rəhbərliyi və idarəcıliyi altında daha iki QHT-nin iştirakcılığı ilə koalisiyada 5 ay müddətində Beyləqan rayonu və ətraf qəsəbələrdə həyata kecirilmişdir. Koalisiyaya daxil edilmiş digər iki QHT, ”Şəfa” Psixoloji Sosial Yardım” İctimayi Birliyi və “Cəmiyyətin Davamli İnkişafına Yardım” İctimayi Birliyidir.
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə QHT koalisiyası tərəfindən Beyləqan rayonunda həyata keçirilən “Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək” layihəsinin icrası uğurla başa çatmışdır.
İstixana quraşdırılması üzrə layihə hədəf qrupu aşağıdakı üzrədir:
1. Səfərov Orxan Şamil oğlu, Beyləqan şəhəri;
2. Həsənov Orxan Həsən oğlu, Beyləqan şəhəri;
3. Əliyev Əmrah Natiq oğlu, Beyləqan rayonu, Əlinəzərli kəndi;
4. Quliyev Türkay Səxavət oğlu, Yeni Xocavənd qəsəbəsi;
5. Quliyev Elgün Niyazi oğlu, Füzuli-Qayıdış 3;
6. Əhmədov Yusif Sadalı oğlu, Füzuli-Qayıdış 3.
Qeyd: Quliyev Elgün və Əhmədov Yusifin təkliflərinə əsasən hər ikisinin istifadəsi üçün bir ədəd istixana quraşdırıldı.
Vətən Müharibəsi Qazilərinə qurulmuş 5 ədəd hər biri 5 m X 20 m ölçülü istixanalarda pomidor şitilləri artıq məhsul vermə fazasındadır. Hədəf faydalananlara hər biri 10 nəfərdən ibarət 2 qrupda fərdi təsərrüfatın səmərəli inkişafı üzrə bacarıqlarının artırılması üzrə 3 mövzuda -“Tərəvəzçiliyin örtülü sahədə təşkili”, “Marketinq-davamlı bazar araşdırmaları” və “Ailə büdcəsinin səmərəli idarə olunması” təlimlər keçirilmişdir. Təlimlər geniş bilik və təcrübəyə malik olan təlimçi Mehman Əliyev tərəfindən keçirilmişdir.
Həmçinin “Şəfa” Psixoloji-sosial yardım İctimai Birliyinin psixoloqları tərəfindən fəaliyyət planına uyğun olaraq Qazilərə yerində fərdi qaydada psixoloji xidmət tədbirləri keçirilmişdir.
Aqrar Xidmətlər Agentliyinin nəzdində yaradılmış “Regional Aqrar Təlim Mərkəzi”nin əməkdaşı İmamverdi Əliyev də layihə heyəti üzvləri ilə istixanalarda olmuşdur. O, layihə benefisiarlarına lazımi metodiki təlimat və tövsiyyələr verib.
20 may 2023-cü il tarixdə Beyləqan RİH başçısı aparatının “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi”nin müdir müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru Elman Süleymanov və Beyləqan rayon DAİM-nin bitkiçilik üzrə məsləhətçisi, Beyləqan peşə məktəbinin bitki mühafizəsi qrupunun müəllimi Seyfəddin Allahverdiyev istixanalara səfər etmişlər. Görülən işləri çox bəyənib və layihə faydalananlarına zəruri məsləhətlər vermişlər.
Faydalananların çarpaz görüşü keçirilmişdir. (Fəaliyyət planında nəzərdə tutulmayıb).
09 iyun 2023-cü il tarixdə layihənin yekun yığıncağı keçirilmişdir. Yığıncaqda müharibə iştirakçıları, hədəf icma nümayındələri, iştirak etmişlər. İştirakçılar layihədən məmnunluqlarını bildirməklə yanaşı anoloji layihələrin daha geniş ərazilərdə tətbiqinin zəruriliyini qeyd etmişlər.
Növbəti mərhələdə layihə icrasına dair təsviri hesabat və maliyyə hesabatı hazırlanaraq Donora təhvil veriləcəkdir.
Layihənin rəhbəri : Eyyub Hüseynov