B.Conson xalqa müraciət etdi

Elektrikin qiyməti 2 dəfə bahalasacaq

Böyük Britaniyanın Baş naziri Boris Conson elektrik enerjisinin qiymətlərinin yüksək olması ilə bağlı xalqa müraciət edib.

O, “Putin müharibəsi”nin günahkar olduğunu bildirib və Ukrayna naminə çətinliklərə dözməyi xahiş edib.

"Bu Putin müharibəsi Britaniya istehlakçılarına baha başa gəlir. Buna görə də sizin elektrikə xərclədiyiniz pul ikiqat artır. Qorxuram ki, Putin bunu bilir. Onun xoşuna gəlir. Və o, bizim təslim olmağımızı istəyir”, - Conson bildirib.

Baş nazirin sözlərinə görə, Putin “inanır ki, biz Ukraynanı dəstəkləməkdən yorulacağıq və ukraynalıları Kreml tiranı ilə sövdələşməyə sövq etməyə başlayacağıq”.

İngiltərədə enerjinin marjinal qiyməti oktyabrın 1-dən iki dəfə artacaq - 1971-ci ildəki 3549 funt sterlinq səviyyəsinə qalxacaq.

Eyni zamanda, ekspertlər aprel ayına qədər elektrik qiymətlərinin 7000 fund sterlinqə 10:33:52qədər artım proqnozlaşdırırlar.