ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,64% artaraq 1 barelə görə 68,07 ABŞ dolları təşkil edib.
Lim10.az -ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,63% artaraq 65,57 ABŞ dollarına bərabər olub.