Mirzoyan Cayşankarla son prosesləri müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

Lim10.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Hindistanın xarici işlər naziri ölkəsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğunu bildirib.

“Nazirlər ikitərəfli əsasda və beynəlxalq platformalarda tərəfdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər”, - məlumatda deyilir.