ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin sözçüsü Temmi Bryusun ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini vəzifəsinə namizədliyini irəli sürüb.Lim10.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə Truth Social-da yazıb.
“Mən böyük vətənpərvər, televiziyanın tanınmış siması və ən çox satılan əsərlərin müəllifi Temmi Bryusu səfir rütbəsi ilə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin növbəti müavini vəzifəsinə irəli sürdüyümü elan etməkdən məmnunam”, o yazıb.
Bryus yanvar ayından Dövlət Departamentinin mətbuat xidmətinə rəhbərlik edir.
Lim10.az
Elvin