Trampın əqli sağlamlıq problemləri ilə bağlı iddialara Ağ Evdən SƏRT REAKSİYA

"The Guardian" ABŞ prezidenti Donald Trampın əqli sağlamlıq problemlərindən əziyyət çəkə biləcəyini iddia edən bir məqalə yayımlayıb.

Lim10.az xəbər verir ki, buna cavab olaraq Ağ Evin mətbuat katibi Liz Hyuston qəzeti tənqid edib. 

"The Guardian" bu zibili dərc etməkdən utanmalı olan solçu bir rupordur", Hyuston deyib. O, həmçinin qeyd edib ki, Amerika lideri çalışqan, enerjili və ictimaiyyətlə açıqdır. Onun sözlərinə görə, o bununla sələfi Co Baydendən kəskin şəkildə fərqlənir.

Mətbuat katibi xatırladıb ki, Baydenin prezidentliyi dövründə media liderin ciddi əqli və fiziki geriləməsini Amerika ictimaiyyətindən gizlədib.

Elvin

Lim10.az