Yeni açıqlanan Epşteynin sənədləri ABŞ-da səs-küy yaratdı

Ceffri Epşteynin sənədləri ilə bağlı qalmaqal geniş vüsət almağa davam edir.

Lim10.az xəbər verir ki, 23 dekabrda dərc olunmuş bu günə qədər ən böyük sənəd toplusu Epşteyn ilə ABŞ prezidenti Donald Tramp arasında əvvəllər düşünüləndən daha yaxın münasibətlərə işıq salıb.

Bir elektron poçtda bildirilir ki, 1993-1996-cı illər arasında Donald Tramp Epşteynin şəxsi təyyarəsində ən azı səkkiz dəfə uçub, bunlardan birində adı açıqlanmayan 20 yaşlı qadın Trampı müşayiət edib. Lakin ən çox mübahisəyə səbəb olan məktub Epşteynin ABŞ Gimnastika komandasının keçmiş həkimi, təcavüzkar və pedofiliya ittihamları ilə məhkum edilmişLarri Nasserə yazdığı məktub olub. 

Lakin ABŞ Ədliyyə Nazirliyi işdəki məktublardan birinin həqiqiliyini şübhə altına alıb. 

Elvin

Lim10.az