Rusiyada miqrantlara bir ay vaxt verildi

Rusiyada miqrasiya qaydalarını pozan əcnəbilərə statuslarını leqallaşdırmaq və ya ölkəni tərk etmək üçün bir ay vaxt verilib. Onlar sentyabrın 10-dək miqrasiya xidmətinə müraciət etməlidirlər.

Lim10.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Söhbət Rusiyada qalmaq üçün qanuni əsaslarını itirmiş xarici vətəndaşlardan və vətəndaşlığı olmayan şəxslərdən gedir. Qeyd olunub ki, iyunun ortalarında bu siyahıya 800 mindən çox insan daxil idi.

Nazirlik qeyd edib ki, 2025-ci il sentyabrın 10-dan sonra hüquqi statusu tənzimləmək mümkün olmayacaq.(oxu.az)