Ukraynada builki buğdanı saxlamağa anbar yoxdur
Ukraynada yeni biçilmiş taxıl saxlamaq üçün yer yoxdur. Taxıl anbarları hələ də keçən ilki taxildan milyonlarla ton məhsulla doludur.
BMT-nin İstanbuldakı Xüsusi Koordinasiya Mərkəzindəki rezident əlaqələndiricisi Əmir Abdullah bu problemə diqqət çəkir.
O, xəbərdarlıq edir ki, yeni məhsul üçün yer açmaq üçün daha çox taxıl daşinmalıdır.
Onun sözlərinə görə, gübrələrin, o cümlədən ammiakın ixracı eyni dərəcədə vacib və aktualdır ki, bütün dünyada fermerlər gələn il münasib qiymətə ərzaq istehsal etməyə davam etsinlər.