İran prezidenti Məsud Pezeşkianın Ermənistana səfərinin əsas mövzusu Cənubi Qafqazın geosiyasi xəritəsinin dəyişilməməsinin təmin edilməsi olacaq.
Lim10.az xəbər verir ki, bunu xarici işlər naziri Abbas Araqçi İran prezidenti Məsud Pezeşkianın Ermənistana səfərinin məqsədlərini şərh edərkən deyib.
"Bizim əsas narahatlığımız regionun geosiyasətində dəyişikliklərin qarşısını almaq, xarici qüvvələrin bölgəyə daxil olmasının qarşısını almaqdır", - iranlı nazir deyib.
O bildirib ki, geosiyasi dəyişikliklərin yolverilməzliyi beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi, onların köçürülməsi və ya regiondakı dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulması deməkdir.
"Biz açıq şəkildə bildirdik ki, buna dözməyəcəyik. Bizim siyasətimiz həmişə aydın olub", - Araqçi vurğulayıb.
O, Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanan bəyannaməyə toxunaraq vurğulayıb ki, həm İrəvan, həm də Bakı mövcud sərhədlərə və suverenliyə hörmətlə bağlı öhdəliklərini açıq şəkildə bəyan ediblər.
"Bu nöqteyi-nəzərdən, görünür, bizim geosiyasi narahatlıqlarımız hələlik həll olunub. Lakin biz onların gələcəkdə də bu kursa sadiq qalıb-qalmayacağını yaxından izləyəcəyik", - o vurğulayıb.
Araqçi İranın ABŞ-la bağlı narahatlığını da dilə gətirib: “Bu marşrutun Amerika hərbçilərinin regionda olması üçün bəhanə ola biləcəyi ilə bağlı narahatlıqlar var”.
Araqçi əlavə edib ki, bu məsələlər Pezeşkiyanın Ermənistana gözlənilən səfəri zamanı ətraflı müzakirə olunacaq.
Mürtəza