Avropa liderləri Ağ Evə toplaşır - CANLI

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşünə dəqiqələr qalıb. Görüş bu gün Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək.

Lim10.az xəbər verir ki, artıq Avropa liderləri Ağ Evə gəlməyə başlayıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, NATO-nun Baş katibi Mark Rutte, ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və İtaliyanın Baş naziri Corcia Meloni artıq Ağ Evdədir.(publika.az)