Türkiyə müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır.
Lim10.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafonun efirində deyib.
Səfir bildirib ki, Ankara təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya qoşun yeritməyi də nəzərdən keçirir.
“Dünən müdafiə naziri Yaşar Gülər ilə görüşdüm, çox səmimi və məhsuldar söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsi əməliyyatına qoşulmağa hazırdır”, – dipolomat vurğulayıb.
Türkiyə tərəfi dənizlə yanaşı, humanitar mülki torpaqların minalardan təmizlənməsində iştirak təkliflərini də nəzərdən keçirir. Cəlal həmçinin xatırladıb ki, Türkiyə təhlükəsizlik zəmanətlərinin verilməsi çərçivəsində Ukraynaya qoşun göndərməyə potensial olaraq hazır olan 10 ölkədən biridir.
“Biz Türkiyənin bu cür addımlarını alqışlayırıq”, - səfir əlavə edib.(Report)