Hakan Fidandan Ermənistanla Azərbaycan arasındakı razılaşmalara münasibət

Ermənistanla Azərbaycan arasında əldə olunan bir sıra razılaşmalar, həmçinin Azərbaycanla ABŞ arasında razılaşma region üçün çox müsbət mənzərə yaradıb. 

Lim10.az xəbər verir ki, bunu qardaş ölkənin xarici işlər naziri Hakan Fidan "TGRT Haber"ə müsahibəsində bildirib. 

Nazir deyib ki, Vaşinqton görüşü və razılaşmalarla bağlı Azərbaycan tərəfi Türkiyə ilə məsləhətləşmələr də aparıb.

Zəngəzur dəhlizi ilə bağlı Türkiyənin mövqeyinin qarşılıqlı etimada əsaslandığını deyən nazir bu mövzuda Azərbaycanla sıx əməkdaşlığın olduğunu qeyd edib:

"Hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret heç nə yoxdur. Nə baş verəcəyi, vəziyyətin necə idarə olunacağı məsələlərini tərəflər öz aralarında müzakirə edəcəklər. Bizim tutduğumuz mövqe etimada əsaslanır. Biz azərbaycanlı qardaş və bacılarımıza güvənirik". 

Hakan Fidan Ermənistanın Baş naziri Nikol Paşinyanın bu məsələdə son mövqeyini də təqdir edib: "Paşinyanın siyasi riskə getməsi də təqdirəlayiqdir".(Report)