Bir fotonun dünyaya verdiyi sülh mesajı - Açıqlama

“Azərbaycanın Birinci vitse-prezidenti və Birinci xanımı Mehriban xanım Əliyevanın Çində keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən Zirvə görüşü çərçivəsində Ermənistanın Birinci xanımı Anna Akopyanla və Türkiyənin Birinci xanımı Əminə Ərdoğanla birgə fotopaylaşımı Cənubi Qafqazda sülhün, sabitliyin  bərqərara olub, inkişafı baxımdan çox ciddi əhəhmiyyət kəsb edir. Bəzən bir fotonun verdiyi mesaj, oynadığı rol, onun əhəmiyyəti və təsiri görülən işlərdan qat-qat çox olur”.

Bunu Lim10.az -a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın  güclü və qüdrətli dövlət çevrilməsində, əldə edilən uğurlarda hər zaman cənab Prezident İlham Əliyevə arxa dayaq olmaqla yanaşı, ən çətin anlarda  belə çiyin-çiyinə verərək daima onun yanında olub:

“Bunu nəinki xalqımız, ümumilikdə dünya birliyi  istər hələ torpaqlarımız işğal altında olan zaman ölkəmizin beynəlxalq birliyin üzlədşiyi iki siyasət zamanında    Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, istər Azərbaycan mədəni irsinin dünyaya təqdim edilməsində, istər sosial-humanitar, mədəniyyət sahəsində, istər Azərbaycanın dünyanın humanitar   dialoq mərkəzinə çevrilməsində, istər 44 günlük Vətən müharibəsi və sondan sonrakı dövrdə şahidi olub. Ümumiyyətlə həyatımızın elə bir sahəsi yoxdur ki, Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın orada xüsusi rolu və əməyinin şahidi olmayaq. Birinci vitse-prezident hər zaman  ölkənimizin ictimai-siyasi proseslərində aktiv iştirak etməklə  cənab Prezidentlə bərabər çiyin-çiyinə verib Azərbaycanın qarşısında duran hədəflərə nail olunmasında daim fədakarlıq nümayiş etdirib.

 İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda dayanıqlı sülühn gündəliyini müəyyən edib,  sülhün memarı  və təminatçısı rolunda çıxş edən Azərbaycanın bu hədəflərinə nail olunmasında Mehriban xanım Əliyevanın danılmaz rolu var.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Çində ŞƏT zirvə görüşündə iştirakı bunun bariz nümunəsi idi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Çində Ermənistanın birinci xanımı Anna Akopyanla, həmçinin Türkiyənin Birinci xanımı Əminə xanım Ərdoğanla fotopaylaşımı Azərbaycanın bölgədə dayanıqlı sülhün, sabitliyin təmin olunub, inkişafın, sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaranması istiqamətində  verdiyi və yürütdüyü siyəsətə nə qədər sadiq olduğunun göstəricisi idi. 

Bu fotonu ŞƏT sammiti çərçivəsində iştirak edən ölkələrin birinci xanımlarının bir  tədbir çərçivəsində çəkdirdiyi foto kimi dəyərləndirmək yanlışlıqdır. 

Bu fotonu Azərbaycanın  Cənubi Qafqazda yaratdığı reallıqlar nəticəsində sülhün bərqərar olmasının mesajı idi.

Bu foto qlobal sülhə töhfə  mesajı idi. Mesaj ondan ibarət idi ki, ən mürəkkəb münaqişələrin, müharibələrin sülh yolu ilə həllinə nail olmağın mümkünlüyünün mesajı idi. Hansı ki, Azərbaycan buna cənab Prezident İlham Əliyevin  uzaqgörən, qətiyyətli və cəsarətli siyasəti nəticəsində nail oldu. 

Məhz bunun nəticəsidir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva  beynəlxalq aləmdə çox böyük nüfuza malik olan siyasətçi kimi qəbul edilir.

Əminəm ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva cənab Prezident İlham Əliyevə arxa dayaq olmaqla Azərbaycan yeni-yeni uğurlara, qələbələr imza atmaqla dünyanın ən nüfuzlu ölkələri sırasında yer alacaq”. 

Mürtəza