Rusiya, Çin və Türkiyə prezidentləri ilə görüşlərdə son dərəcə mühüm, strateji və həyati əhəmiyyət kəsb edən qərarlar qəbul etdik.
Lim10.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Çin səfərinin yekunları ilə bağlı danışarkən deyib.
"Putinlə görüşdə 4 saat vaxt keçirdim. İqtisadi, elmi, regional və nüvə məsələlərini, həmçinin “snapback” mexanizmini müzakirə etdik", -Pezeşkian qeyd edib.
O həmçinin əlavə edib ki, üç ölkənin, İran, Çin və Rusiyanın xarici işlər nazirləri Təhlükəsizlik Şurasına təqdim etmək niyyətində olduqları “snapback” məsələsi ilə bağlı üç Avropa ölkəsinin İrana qarşı hərəkətlərinin qeyri-qanuni olması ilə bağlı birgə məktub imzalayıblar.
Mürtəza
Pezeşkian: Putinlə görüş 4 saat çəkdi
