Qəzza ilə bağlı vasitəçiliyi dayandırdılar

Qətər Qəzza ilə bağlı vasitəçiliyi dayandırıb.

Lim10.az ” xəbər verir ki, bu haqda “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Qətər rəhbərliyi İsrailin Dohada Fələstinin HƏMAS siyasi bürosunun üzvlərinə zərbə endirməsi ilə əlaqədar Qəzza zolağında münaqişənin həllinə yönəlmiş vasitəçilik səylərini dayandırmaq qərarına gəlib.

Xatırladaq ki, İsrail Dohada Fələstinin HƏMAS hərəkatının yüksək rütbəli liderlərini məhv etmək üzrə əməliyyat keçirib.