Rusiya-Ukrayna münaqişəsi 90 gün ərzində bitə bilər

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Ukraynadakı münaqişənin tezliklə bitə biləcəyini bildirib.

Lim10.az xəbər verir ki, o bu barədə "Fox News"a danışıb.

Uitaker razılaşma əldə olunarsa, bunun növbəti üç ay ərzində baş verəcəyini bildirib.

"Əgər münaqişə bitərsə, növbəti 90 gün ərzində bitəcək", - diplomat bildirib.

Dahat əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da danışıqlar zamanı müzakirə edilən Ukraynadakı münaqişənin həlli planının təfərrüatlarını açıqlayıb. Ukrayna lideri ümumilikdə 20 bəndi qeyd edib.

Elvin

Lim10.az