Polşanın bir hissəsi, o cümlədən Varşava üzərindəki hava məkanı hərbi əməliyyatlar səbəbindən bağlanıb.
Lim10.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Varşava Şopen hava limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dövlət xidmətlərinin və ordunun tədbirləri ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədi ilə hava limanı da daxil olmaqla ölkənin bir hissəsi üzərində səma müvəqqəti bağlanıb.
Məlumata görə, hava limanının özü açıq qalır, lakin təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Rusiya qoşunlarının Ukraynada iddia edilən fəaliyyəti fonunda Polşa və müttəfiq qüvvələrin hərbi təyyarələri havaya qaldırılıb.
Bundan əlavə, ölkədə iki hava limanı bağlanıb və hava hücumundan müdafiə sistemləri həyəcan vəziyyətinə gətirilib.
Həmidə İbrahimova