Suriyada İŞİD liderlərindən biri öldürüldü

İraqın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qüvvələri Suriyada keçirilən əməliyyat zamanı "İraq Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının liderlərindən birini məhv edib.

Lim10.az xəbər verir ki, bu barədə İraqın antiterror xidməti məlumat yayıb.

Məlumata görə, Abdül Rəhman əl-Hələbi ləqəbli Ömər Bassam hava hücumu nəticəsində öldürülüb.

Əl-Hələbi terror əməliyyatlarının rəhbərlərindən biri olub və xaricdə hücumların, o cümlədən İranın Livandakı səfirliyinə hücumun planlaşdırılmasına cavabdehlik daşıyıb.

Xatırladaq ki, İŞİD yaraqlıları 2013-cü ildən Suriya və İraqda fəaliyyət göstərirlər.(oxu.az)