Bu avtomobil modellərinin istehsalı dayandırıldı

Subaru “Legacy” modelinin istehsalını dayandırıb.

Lim10.az Valyuta.az-a istinadən xəbər verir ki, "Subaru of Indiana Automotive" zavodu 36 ildən sonra "Legacy" modelinin istehsalını dayandırıb. İlk dəfə 1989-cu ildə təqdim edilən bu sedan ABŞ-da istehsal olunan ilk Subaru avtomobili kimi tarixə düşmüşdü.

Məlumata görə, ümumilikdə 7 nəsil "Legacy" istehsal olunub və ABŞ bazarında 1,4 milyon ədəd satılıb. Modelin dayandırılması bazarda sedanlara marağın azalması və şirkətin SUV və hibrid avtomobillərə yönəlməsi ilə bağlıdır.

Oktyabr ayından etibarən zavod "Subaru Forester", gələn ilin yazından isə "Forester Hybrid" istehsalına başlayacaq.